Türkiyənin məşhur aktyoru Murad Yıldırım ilə ailə həyatı quran "Mərakeş 2016 gözəllik müsabiqəsi”nin qalibi İmanə Elbani Mərakeşin məşhur jurnalı Laha Maqazinə şəxsi həyatından maraqlı anları açıqlayıb.
Türkiyə KİV-ləri xəbər verir ki, Mərakeş gözəli evliliklərinin ilk günlərinin necə keçdiyindən danışıb: "Sözün düzünü desəm toy hazırlıqları yorucu olsa da, evləndikdən sonra hər şey çox gözəl və xüsusidir. Ailə həyatı qurandan sonra həyatım daha sakit oldu. Şəxsi həyatımın ailə içində qalmasına üstünlük verirəm. Ərəb mətbuatında toyumuzun geniş yer alması Murad üçün də sürpriz olmadı. Murad ərəb dünyasında çox sevilən bir aktyordur. 'Asi', 'Aşk ve Ceza' kimi serialları çox izlənilirdi. Münasibətimizdə xatırladığım ən gözəl anlardan biri, Muradın mənə ilk hədiyyə olaraq bir dəstə gül verməsiydi. Duyğulandıran bir sürpriz idi".
Aktyor Murad Yıldırım ilə İmanə Elbaninin elçiliyini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan etmişdi./aznews.az/
MediaFax