Ərdoğandan İstanbuldakı terrorla bağlı - İlk açıqlama

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda gecə klubunda baş verən silahlı basqınla bağlı ilk açıqlamasını verib.

CNN-nin verdiyi xəbərə görə, prezident bildirib ki, ölkə və millət olaraq terror təşkilatlarının və onların arxasındakı güclərin sadəcə silahlı hücumlarına deyil, onların iqtisadi, siyasi və sosial hücumlarına qarşı da axıra kimi mübarizə aparacaqlar:

"İstanbuldakı nankor hücum terrorun heç bir fərq qoymadan qan töküb, can almağı hədəflədiyini açıq-aşkar ortaya qoyur. Bu hücumda həyatını itirən mühafizəçilərimizə və vətəndaşlarımıza təkrar Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Bu terror hücumunu şiddətlə qınayıram. Həyatını itirənlərin yaxınlarına başsağlığı verirəm. Terroru həyata keçirənlər və onların arxasındakı güclər sivil insanları hədəf almaqla xaos yaratmağa çalışırlar. Ancaq biz millət olaraq soyuqqanlılığımızı qorumaqla vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edəcəyik”./qafqazinfo.az/

MediaFax