Ərdoğan terrorun məqsədini açıqladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda törədilmiş terror aktında məqsədin türk cəmiyyətini bölmək və türkləri bir-birinə qarşı qoymaq olduğunu bildirib.

"CNN Türk” xəbər verir ki, prezident deyib: "Hücumların məqsədi türkləri bir-birinə qarşı qoymaq, cəmiyyətdə bölünməni gücləndirməkdir”.

Onun sözlərinə görə, Türkiyə heç zaman terrora təslim olmayacaq və mübarizəni davam etdirəcək./virtualaz.org/

MediaFax