Ərdoğan təklif verdi - Müxalifət də dəstəklədi

MHP lideri Dövlət Baxçalı Prezident Rəcəb Tayyib Ərdoğanın Avropa Birliyi (AB) ilə müzakirələri xalqın ixtiyarına buraxmaq təklifini dəstəkləyib.

Partiyasının qrup toplantısında danışan Baxçalı referendumun keçirilməsini vacib sayıb:

"Prezident Ərdoğanın gündəmə gətirdiyi düşüncələr bizim üçün önəmlidir. "AB bizi istəmirsə, millətin ixtiyarına buraxaq”, - dedi. Millət sözün sahibidir, verəcəyi hökm mütləq qərardır.

AB vaxtı uzadacaq, müzakirələr dayandırılacaqsa, millətin şərəfini müdafiə etmək hər bir vətənpərvərin borcu olmalıdır.

Türkiyə gərəkərsə, öz yağında qovrulacaq, kimsəyə əl açmayacaq”.

Xatırladaq ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AB-nin danışıqları səbəbsiz yerə uzatdığını əsas gətirərək birliyə üzv olub-olmamağın referendumla təyin edilməsi təklifi ilə çıxış edib./axar.az/

MediaFax