"Terror hadisələri əsgər və polislərimizlə birlikdə 79 milyon vətəndaşımızı da hədəf almaqdadır”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Kayserinin Ərciyəz universiteti yaxınlığında törədilən terror aktına münasibət bildirərkən deyib.
Türkiyə prezidenti bildirib ki, terror təşkilatları bütün imkanlarından istifadə edirlər.
"Məruz Qaldığımız bu hücumların regionda baş verən hadisələrdən, xüsusi ilə Suriya və İraqda baş verən proseslərdən, hətta iqtisadiyyatdakı təlatümlərdən ayrı qalmadığını bilirik. Bu terror təşkilatlarına millətimizlə birlikdə, bir milli səfərbərlik ruhu ilə hamımız bir yerdə, qətiyyətlə mübarizə aparacağıq”
Türkiyə prezidenti terror aktına görə PKK (Kürd İşçi Partiyası) terror təşkilatını ittiham edib./modern.az/
MediaFax