Ərdoğanla Putin görüşüblər - Yenilənib

15:03 
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya məxsus qırıcı Su-24-ün vurulması ilə bağlı insidentdən sonra bu gün ilk dəfə Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Sankt-Peterburqa gedib.
 
Bu barədə RİA Novosti məlumat yayıb.
 
Bu gün Sankt-Peterburqda Türkiyə və Rusiya prezidentlərinin görüşü olacaq./modern.az/
 
---------
16:23
 
Rusiyanın Sank-Peterburq şəhərində Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.
 
Görüşdə Türkiyə və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov da iştirak edir.
 
Rusiya prezidenti Vladimir Putin bunun ötən ilin noyabrında Rusiyaya məxsus hərbi təyyarənin türk pilotları tərəfindən vurulmasından sonra ilk səfər olduğunu bildirib. O, iki ölkə arasında münasibətlərin ötən ilin noyabrında Rusiya məxsus hərbi təyyarənin türk pilotları tərəfindən vurulmasından sonra ən aşağı səviyyəyə düşdüyünü deyib: "Türkiyənin çətin günlərində Rusiyaya gerçəkləşdirdiyiniz səfər hər iki ölkənin əlaqələrin normallaşmasında maraqlı olduğunu göstərir və bu, hər iki xalqın marağında olacaq”.
 
V. Putin təkbətək və geniş formatda keçiriləcək görüşlərdə ticarət əlaqələri və terrorla mübarizə sahəsində müzakirələrin olacağını bildirib.
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət çevrilişi cəhdindən az sonra Rusiyaya səfər etdiyini xatırladıb. O bildirib ki, iki ölkə arasında münasibətlər müsbət mərhələyə keçib: "Atdığımız və atacağımız addımlar daha geniş mərhələyə keçəcək. Masa üzərində ikitərəfli əlaqələrə dair bir sıra mövzular var. Bölgədəki bəzi məsələrə dair bizim mövqeyimizlə bağlı gözləntilər mövcuddur. Bizim əməkdaşlığımız regionda bir çox problemlərin həllinə kömək edəcək”.
 
Görüş təkbətək və geniş formatda davam etdiriləcək./APA/
 
X X X
 
"Rusiya Konstitusiyaya zidd istənilən addımın əleyhinədir".
 
Bu sözləri Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.
 
O, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Türkiyə prezidentinə zəng edən ilk liderlərdən olduğunu xatırladıb: "Biz hər cür dövlət çevrilişinə qarşıyıq. Sizin rəhbərliyiniz altında Türkiyə xalqının bu vəziyyətdən çıxacağına inanırıq”.
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiyanın bu məsələdəki mövqeyinə görə çox məmnun olduğunu bildirib. O qeyd edib ki, Türkiyə xalqı çevrilişə qarşı olduğunu avqustun 7-də keçirilən demokratiya mitinqində bir daha nümayiş etdirib./APA/ 

MediaFax