Qətər əmiri Təmim bin Həməd Al Saninin başçılıq etdiyi 70 nəfərlik nümayəndə heyəti Türkiyə-Qətər Ali Strateji Komitənin toplantısında iştirak etmək üçün Trabzona gəlib.
Qətər əmirini hava limanında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən qarşılayıb.
Liderlərin görüşündən öncə hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib.
Polis helikopterləri havada uçuş keçirib, hava limanı və ətrafı snayperlərlə qorunub. Ayrıca, Sahil Təhükəsizlik Xidmətinin qayıqları dənizdə növbə çəkib, aeroporta giriş edən bütün avtomobillər yoxlanılıb.
Namayəndə heyəti üçün 50 lüks avtomobil ayrılıb. Əmirin özünə isə avtomobil Qətərdən gətirilib.
Liderlər görüşdükdən sonra bölgədə qış turizm obyektlərinin inşa olunacağı yerə baxmaq üçün helikopterlə 1 saatlıq uçuş keçiriblər./axar.az/
MediaFax