Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vəkili vasitəsi ilə Ankara Respublika Prokurorluğuna müraciət edərək, 15 iyulda hərbi çevrilişə cəhddə iştirak edənlərin cəzalandırılmasını istəyib.
Ərdoğanın vəkili Hüseyn Aydın prezidentin 6 səhifəlik cinayət işini prokurorluğa təqdim edib.
Vəkil Ərdoğanın bütün FETÖ-çulardan şikayətçi olduğunu deyərək, şübhəlilərin də istintaqa cəlb olunacağını bildirib./axar.az/
MediaFax