Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfər etdiyi Səudiyyə Ərəbistanında Kəbəni ziyarət edib.
Ərdoğan Məhəmməd Peyğəmbərin də qəbrinin olduğu Mescid-i Nəbəvəyi ziyarət etdikdən sonra xüsusi təyyarə ilə Ciddə Kral Əbdüləziz beynəlxalq hava limanına gəlib.
Ümrə ziyarəti üçün quru yolu ilə Məkkəyə gedən Ərdoğan Məscid-i Haramı ziyarət edib.
Ərdoğanı ziyarət zamanı həyat yoldaşı Əminə Ərdoğan müşayət edib./aznews.az/
MediaFax