Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak martın 9-da Moskvaya gedir.
"İnterfaks”ın verdiyi məlumata görə, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak jurnalistlərə açıqlamasında bildirib.
B. Albayrakla telefon vasitəsilə əlaqə saxlayan A. Novak söyləyib ki, tərəflər "Türk axını” qaz kəmərinin və "Ağ quyu” atom stansiyasının tikintisini müzakirə ediblər.
Qeyd edək ki, Berat Albayrak Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir./qafqazinfo.az/
MediaFax