Türkiyənin ən uzun bulvarına Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının adı verilib.
Bununla bağlı Adana Bələdiyyə Məclisi qərar qəbul edib.
Böyükşəhər Bələdiyyə başçısı Hüseyn Sözlünün təklifinə əsasən, qərar qəbul edən məclis Kənan Evrən adına bulvarın adını dəyişib. Yeni tikilən Baxçalı körpüsü ilə birlikdə Yüregir qəsəbəsində yerləşən Yaşıl Bulvara qədər uzadılan bulvar ümumilikdə Baxçalı bulvarı adlandırılıb.
Hüseyn Sözlünün bildirdiyinə görə, buna səbəb Baxçalının Türkiyədə çevrilişə cəhd zamanı dövlətin və hökumətin yanında olduğunu bəyan etməsidir.
1625 metr uzunluğu, 40 metr eni olan Dövlət Baxçalı körpüsünün 2018-ci ilin əvvəlinə kimi istifadəyə veriləcəyi gözlənilir.
Bulvarın ümumi uzunluğu 9 min 950 metr olacaq ki, bu da Türkiyədə ən uzun bulvar hesab olunur./virtualaz.org/