Amerika, Sinqapur və Çin alimləri taksinin ən təhlükəli rəngini müəyyən ediblər.
Bu, "Proceedings of the National Academy of Sciences" jurnalının elmi araşdırmaları zamanı bəlli olub.
Tədqiqatçılar elmi axtarışlarının nəticəsində hesablayıblar ki, göy rəngli nəqliyyat vasitələrinin sarı rəngdə olanlarla müqayisədə qəza törətmə ehtimalı daha yüksəkdir. Bu əmsal təxminən 9% təşkil edib.
Alimlərin fikrincə, buna səbəb sarı rəngin göydən daha yaxşı görünməsidir.
Analitiklər bu nəticələrə Sinqapurun ən iri taksi şəbəkəsinin qəza törətmə dərəcəsinin 3 il müddətində hər ay tərtib edilmiş statistik göstəriciləri əsasında gəliblər.
Tədqiqatçılar hesab edirlər ki, göy taksilər sarı rəngə boyanarsa, ildə 1,4 mln. dollar həcmində vəsaitə qənaət etmək mümkündür./report.az/
MediaFax