Velvet ləqəbli dünyanın ən yaşlı pişiyi öz sahibəsindən qaçıb.
2015-ci ildə dünyada ən yaşlı pişiyi kimi Ginnesin rekordlar kitabına düşən 27 yaşlı Velvet ABŞ-ın Ereqon şəhərində sahibəsi ilə birlikdə yaşayıb.
Eşli Okura adlı sahibə pişiyin itməsi ilə bağlı özünün İnstagram səhifəsində yazıb və pişik üçün çox darıxdığını bildirib. Oktyabrın 9-da evdən çıxan pişiyi görən olmayıb.
Pişik 2015-ci ildə Ginnesin rekordlar kitabına düşüb. Sahibənin sözlərinə görə, Velvet 1989-cu ildən, 7 yaşı olandan onunla yaşayırdı.
Daha əvvəl Velvetin rekordunu 30 yaşlı Skuter ləqəbli Siam pişiyi daşıyıb. O, rekordu qazandıqdan cəmi bir neçə gün sonra ölüb./virtualaz.org/
MediaFax