Çempion uğursuz sevginin qurbanı oldu

Stend atıcılığı üzrə gənclər arasında Rusiya çempionu, 20 yaşlı Vladislav Loşakov Moskvada intihar edib.
 
Rusiya mediası xəbər verir ki, onun meyiti paytaxtdakı "Kuzminka” parkında aşkar olunub.
 
O, özünü öldürməzdən əvvəl məktub da yazıb.
 
Bir versiyaya görə, idmançı sevdiyi qızdan ayrılığa dözə bilmədiyindən özünü öldürüb.
 
Hüquq-mühafizə orqanlarındakı mənbə isə bildirib ki, Loşakov məktubunda yaşamaqdan bezdiyini yazıb.
 
Vladislavın stend atıcılığı ilə məşğul olan Aleksandra adlı qızla görüşdüyü müəyyənləşdirilib. Ancaq son zamanda gənclər mübahisə edərək ayrılıblar.
 
Ötən yayda da qızla oğlan arasında böyük mübahisə yarandığı, o zaman da idmançının ölümqabağı məktub yazıb bu haqda dostlarına da xəbər verdiyi bildirilir.
 
O vaxt məşqçisi Vladislavı fikrindən daşındırıb. Faciədən bir neçə gün əvvəl qız ondan yenə ayrılmaq istəyib. Müstəntiqin ehtimalına görə, bu fakt da onun həyatına qəsdə sürükləyib./modern.az/

MediaFax