Həmyerlimiz Portuqaliya klubunda

"Krılya Sovetov"un azərbaycanlı futbolçusu Emin Mahmudovun yeni klubu müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, son mövsümü icarə əsasında "Mordoviya"da keçirən 24 yaşlı yarımmüdafiəçi karyerasını Portuqaliya Premyer Liqasında çıxış edən "Boavişta" klubunda davam etdirəcək. Portuqaliya klubu Mahmudovun transferini tezliklə rəsmi şəkildə ictimaiyyətə təqdim edəcək.

Qeyd edək ki, Emin Mahmudov Rusiyanın 18, 19, 20 və 21 yaşlılardan ibarət yığmasının şərəfini qoruyub.

Əlavə edək ki, yay transfer pəncərəsində azərbaycanlı futbolçu Elnur Cəfərov Portuqaliyanın "Tondela" klubuna transfer olmuşdu.
 
MediaFax