Müğənni Aybəniz Haşımova iki gün sonra əməliyyat olunacaq.
Müğənni bu barədə öz "İnstagram” səhifəsində məlumat yayıb.
O, qeyd edib ki, uzun müddət sağlamlığında problem yaşamasına baxmayaraq, əməliyyatdan qorxduğundan buna qərar verə bilməyib: "Axır ki, qənaətə gəldim və qərar verdim. Allah bütün ona əl açanlara kömək olsun”.
Müğənni Aybəniz Haşımova əməliyyat vaxtını da qeyd edərək bildirib ki, əməliyyat cümə axşamına təyin olunub./musavat.com/
MediaFax