Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişikliyi aparılıb.
Elnur Aslanov nazirliyin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsindən çıxarılıb.
Məlumatı Nazirliyin mətbuat xidməti də təsdiqləyib. Bildirilib ki, Elnur Aslanovun özü işdən çıxmaq haqqında ərizə yazıb və o, həmin ərizə əsasında vəzifədən azad edilib.
Qeyd edək ki, Elnur Aslanov bundan əvvəl (2007-2014-cü illərdə) Prezidentinin Administrasiyası Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri vəzifəsində çalışıb.
Onun adı Türkiyədə terrorçu elan edilmiş "Hizmət” hərəkatının rəhbəri Fətullah Gülənə yaxın adamlar sırasında hallandırılandan sonra Prezidentinin Administrasiyasındakı vəzifəsindən uzaqlaşdırlmışdı.
Bir müddət əvvəl isə media onun "fətullahçılar”ın (FETÖ) lideri Fətullah Gülənə yazdığı məktubu üzə çıxararaq yayılmışdı.
E.Aslanov Milli Məclisin keçmiş deputatı Rəbiyyət Aslanovanın oğludur./modern.az/
MediaFax