İslamabadda görüşdülər

İslamabadda Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub. APA-nın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidmətinin məlumatında bildirilir. 
 
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin dinamik inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərin bir sıra sahələrdə, o cümlədən xarici ticarət sahəsində inkişaf etdiyi bildirilib.
 
Enerji sahəsində həyata keçirilən layihələrdən danışıldı, onların uğurla davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
 
İş adamlarının və şirkətlərin iqtisadi əlaqələrin inkişafında daha fəal rolunun təmin edilməsinin, bank sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirilib.
 
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

MediaFax