Əlil gəncə qarşı amansızlıq - Video+Foto

"Mübahisə ediblər, onları həyətə çağırıb"

Cəlilabadda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Qurtuluş küçəsində baş verib. Həmin ünvanda yaşayan 21 yaşlı Məhəmmədəli Kərimli qonşusu Səid Əliyev tərəfindən bıçaqlanıb. Zərərçəkənin sözlərinə görə, Səid Əliyev onun yaşadığı evə gələrək çölə çağırıb.

Tərəflər mübahisə etdikdən sonra Səid üzərindəki bıçaqla Məhəmmədəliyə 7 bıçaq zərbəsi yetirib. Yaralı qonşuları tərəfindən xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Hadisəni törədən Səid Əliyev artıq polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, bıçaqlanan Məhəmmədəli Kərimli 2-ci qrup hərbi əlildir.

Süleyman Kərimov - zərərçəkənin atası: "Pencərədən siqaret çəkirmiş, zarafat edib küçəyə baxırmış. Zarafat edirmişlər öz bibisi oğlu ilə. Qonşunun uşağı ilə əvvəldən də münasibətimiz yaxşı olmadığına görə, bunlarla mübahisə edib, onları həyətə çağırıb. Bunlar da düşüb gediblər. Elə çatan kimi də uşağıma 6-7 dəfə bıçaqla vurublar.”/criminal.az/
 




MediaFax