"Mühafizə xidmətinin işçiləri vətəndaşları döyüblər"
Bura Sabunçu rayonudur. Əllərində bel ilə sakinləri vuran şəxslər "Tornado-Ş" mühafizə xidmətinin əməkdaşlarıdır. Bunu valideynləri xəsarət alan Seymur Şahəliyev deyir. Onun sözlərinə görə, hər şey mühafizə xidmətinin əməkdaşlarının ondan evinin önündə saxladığı doberman cinsi itləri pulsuz istəməsi ilə başlayıb.
Bu danışığın üzərindən 3 gün sonra-avqustun 15-də "Tornado-Ş" mühafizə xidmətinin əməkdaşları itlərin yuvalarını dağıdırlar. Nəticədə itlər balaları ilə birgə tələf olurlar. Heyvanlardan sonra növbə insanlara gəlir.
Seymur Şahəliyev deyir ki, avqustun 16-da mühafizə xidmətinin əməkdaşları atasını bel ilə döyəndən sonra tutacaqların köməyi olmadan yeriyə bilmir.
Birinci qrup əlilliyi olan Kənan Cəfərov da zərərçəkənlərdəndir. Deyir, gözlərim görməsə də, bədənimə dəyən zərbələrin ağrısını hiss edirdim.
Seymur Şahəliyev bildirir ki, hadisədən sonra mühafizə xidmətinin əməkdaşları obyektini də söküblər. Onlar Daxili İşlər Nazirliyinin qaynar xətti ilə əlaqə saxlasalar da, indiyə kimi nazirlikdən cavab gəlməyib.
Sabunçu Rayon Polis İdarəsində bu işə baxan müstəntiq bildirdi ki, bütün izahatlar alındıqdan sonra, "Tornado-Ş" MMC-nin əməkdaşları barəsində xuliqanlıq, vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi açılacaq.
"Tornado-Ş" MMC-dən Meydan TV-yə bildirdilər ki, mətbuata cavab verən şəxs məzuniyyətdədir ona görə də heç bir cavab verə bilməyəcəklər.
MediaFax