Bu gün ölkə mətbuatında Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun nəzarətindəki məmurlara guya xəbərdarlıq etməsi ilə bağlı məlumatlar yayılıb.
Eldar Əzizov cuşa gələrək bu il yanvar ayının 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda dövlət orqanlarının ünvanına səsləndirdiyi irad və tənqidlər, həmçinin Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin ölkədə Korrupsiya hallarınıa qarşının alınması və buna qarşı tədbirlərin gücləndirilməsi ilə bağlı məktubunun icrası və bu istiqaməqdə yol verilmiş neqativ halların aradan qaldırılması məsələləri Səbail Rayon İcra Hakimiyyətində geniş tərkibli müşavirə keçirib.
Rayondakı nəzarətsiz vəziyyətdən bərk narahat olan yoldaş Əzizov bildirib ki, son vaxtlarda rayonda korrupsiya hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq yenə də bəzi yerlərdə dövlət torpaqlarının qanunsuz olaraq zəbt olunması və saxta sənədlərlə rəsmiləşdirilməsi, qanunsuz tikintilər aparılması halları qalmaqdadır.
Təyin olunduğu gündən bələdiyyə sədri ilə düz gəlməyən Əzizov yenə yerli bələdiyyə qurumlarını tənqid edib, onlara "təmiz əllərlə işləmək lazımdır" kimi tövsiyyələr verib.
Əslində bu müşavirədə icra başçısının səsləndirdiyi fikirlərlə razılaşmaq olar. Doğrudan da, Asif Əsgərovun Səbaildən Nəsimi rayonuna təyinatıyla Səbaeldə vəziyyət çətinləşdi. Bu barədə biz ötən yazılarımızda da qeyd edərək təəssüf hissi ilə bildimişdik ki, Səbail Asif Əsgərovun zamanında daha ciddi nəzarətdə idi.
Eldar Əzizov və rayondakı adamları Səbaili idarə etməkdə çətinlik çəkir. Bu gün, bu deyilənləri Eldar Əzizov özü dolayısı ilə təsdiq edib.
Diqqət edin! İcra başçısı deyir ki, son vaxtlarda rayonda korrupsiya hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq yenə də bəzi yerlərdə dövlət torpaqlarının qanunsuz zəbt olunması və saxta sənədlərlə rəsmiləşdirilməsi, qanunsuz tikintilər aparılması halları qalmaqdadır.
Maraqlı açıqlamadır, bu saxta sənədləri kim verir? Bu sənədlərə sərəncamları kim imzalayır? Bələdiyyə sədri ilə icra başçısı nədən yola getmir? Bu suallar hələ də açıq qalır.
İcra başçısı deyib ki, bəzi yerlərdə dövlət torpaqlarının qanunsuz olaraq zəbt olunması və saxta sənədlərlə rəsmiləşdirilməsi halları baş verir? Yəni, bələdiyyə torpaqları dövlət torpaqlarına qarışıb. Mübahisəıli ərazilər var və icra başççısı bələdiyyə torpaqlarına, bələdiyyə də dövlət torpaqlarına əl qoymaq istəyir.
Odur ki, icra başçısı zəbt deyir. Auksionla satılan bələdiyyə torpaqlarının sənədləri saxtadırsa, icra başçısının verdiyi sərəncamlar saxta deyil?
İcra başçısı deyib ki, qanunsuz tikintilər aparılması halları qalmaqdadır. Əcəba, nədən qalmaqdadır? İcra başçısının bir sərəncamı o tikililərin sökülməsi üçün yetərli deyilmi? Onu deməkdənsə icra etmək lazımdır.
Bir sözlə, Səbail daha əvvəlki deyil. İcra başçısı demişkən, "son vaxtlar korrupsiya hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq, yenə ciddi problemlər var” Bax belə, demək ki, idarəetmədə naşılıq var.
Görünür, prezidentin müşavirəsində tənbeh edilən icra başçıları arasında Eldar Əzizov da olub ki, bu qədər ağrılı-acılı danışır. Bu bumeranqdır. Atsan mütləq qayıdacaq yoldaş Əziziov.../bizimxeber.az/