Əl-Bab İŞİD-çilərdən təmizləndi

Suriyanın Əl-Bab şəhəri İŞİD terrorçularından tamamilə azad olunub.

"Sky News Arabia” telekanalı xəbər verir ki, belə bir açıqlama ilə Suriya ordusunun rəsmi nümayəndəsi Usama Abu Zeyd çıxış edib. Onun sözlərinə görə, İŞİD-lə Suriya ordusu arasında davam edən qızğın döyüşlərdən sonra şəhəri işğaldan azad etmək mümkün olub.

Əl-Bab İŞİD-in Suriyadakı başlıca dayaq nöqtələrindən biri olub. Türkiyə Silahlı Qüvvələri şəhəri işğaldan azad etmək üçün son 2 ay ərzində İraq ordusu ilə qüvvələrini birləşdirib./aznews.az/

MediaFax