Əkrəm Əylislinin cinayət işi ilə bağlı xəbər var - Yenilənib

05.09.2016
18:27 
 
Yazıçı Əkrəm Əylisli Bakı şəhər Prokurorluğuna çağırılıb.
 
Vəkil Elçin Sadıqov APA-ya açıqlamasında sentyabrın 6-da prokurorluğa dəvət olunduqlarını bildirib.
 
Qeyd edək ki, Ə. Əylisli martın 30-da Heydər Əliyev beynəlxalq hava limanında saxlanılıb, sonra isə sərbəst buraxılıb. Onun barəsində başqa yerə getməməklə bağlı iltizam qətimkan tədbiri seçilib. Yazıçıya qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə qaldırılmış cinayət işi sonradan Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edilib. Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 
 
------------------
06.09.2016
19:23
 
Yazıçı Əkrəm Əylisli və vəkili Elçin Sadıqov Bakı şəhər Prokurorluğunda olublar.
 
Vəkil Elçin Sadıqov açıqlamasında bildirib ki, istintaqın tərkibi onlara elan edilib, bu barədə protokol tərtib edilib və növbəti həftədən istintaq hərəkətləri aparılması üçün onları prokurorluğa dəvət edəcəklərini deyiblər.
 
Qeyd edək ki, Ə. Əylisli martın 30-da Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb, sonra isə sərbəst buraxılıb. Onun barəsində başqa yerə getməməklə bağlı iltizam qətimkan tədbiri seçilib. Yazıçıya qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə qaldırılmış cinayət işi sonradan Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edilib.
 
Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
 
MediaFax