ABŞ-ın Arizona ştatında Yeni il gecəsi əkizlər 10 dəqiqəlik fərqlə dünyaya gəlib.
"Qazeta.ru" xəbər verir ki, adının Soyer qoyulduğu ilk oğlan 2016-cı il dekabrın 31-də saat 23:51-də doğulub.
Uşaqların atası zarafat edir ki, böyük oğlan hər zaman kiçiyə sataşa biləcək.
İkinci uşaq - Everett saat 00:01-də, artıq 2017-ci ildə dünyaya göz açıb.
Xəbərdə qeyd olunub ki, bənzər hadisə San-Diyeqoda baş verib, orada əkiz qızlar da 2016 və 2017-ci ildə doğulub./report.az/
MediaFax