Əhmədinejat Trampa məktub göndərdi

İranın keçmiş prezidenti Mahmud Əhmədinejat ABŞ prezidenti Donald Trampa məktub göndərib.

Bu barədə "ABC News” telekanalı məlumat yayıb. O, məktubda ABŞ-ın immiqrasiya siyasəti və rəsmi Vaşinqtonun Yaxın Şərqdə mövqeyinə toxunub. 3,5 min sözdən ibarət məktubda, o, Vaşinqtonun BMT-də dominant təsirini qınayıb.

Keçmiş prezident Mahmud Əhmədinejat Corc Buşa və Barak Obamaya da məktub yollayıb./aznews.az/

MediaFax