Əhmədinejad öz qadağasını pozdu

İranda sosial şəbəkələrin blok edilməsinin fəal iştirakıçısı olmasına baxmayaraq, dövlətin eks-prezidenti Mahmud Əhmədinejad Twitter sosial şəbəkəsində öz akkauntunu açıb.

Bu barədə "The Guardian” məlumayt yayıb.

Siyasətçi öz ilk tvitini ingilis dilində yazıb, daha sonra isə bu akkauntun həqiqiliyini təsdiqləyən video yerləşdirib.

O, qeyddə insanları onun akkauntunu -@Ahmadinejad1956 oxumağa səsləyib.

Öz akkauntunun təsvirində Əhmədinejad qeyd edib ki, "o ər, ata, baba, universitetdə professor, prezident, mer, İranın məğrur vətəndaşıdır”.

Sosial şəbəkə istifadəçiləri dərhal Əhmədinejada xatırladıblar ki, İran ərazisində Twitter 2009-cu ildə məhz onun yenidən prezident seçilməsinə etirazlara görə blok edilmişdi./oxu.az/

MediaFax