Əfsanəvi oyunçuya yaraşmayan hərəkət

İngiltərə millisinin sabiq futbolçusu, əfsanəvi oyunçu Pol Qaskoyn içkili vəziyyətdə otellərin birində dava salıb.
 
Dava nəticəsində sabiq futbolçu xəstəxanalıq olub.

Yayılan məlumata görə, o, içkili olduğu üçün otelin pilləkənində bir neçə nəfərlə dava edib. Hadisə yerinə gələn tibbi yardım işçiləri 49 yaşlı veteranı kəllə-beyin zədəsi ilə hospitala aparıblar. Polis keçmiş futbolçuya qarşı hücum olduğu qənaətinə gəlib.

Münaqişə şahidlərindən biri Elvin Kaprio tvitterdə yazıb ki, Qaskoyn özündən öndə pilləkənlə düşən insanlara söz atıb, tüpürüb və qadınlara sataşıb.

Hazırda xəstəxanada olan Qaskoynun sağlıq durumu normal qiymətləndirilir./qafqazinfo.az/

MediaFax