Əfsanəvi azərbaycanlı general vəfat etdi

General-mayor Bahadur Hüseynov bu gün vəfat edib.
 
Bu haqda məlumatı interpress.az saytı yayıb.  Əfsanəvi azərbaycanlı general, İkinci Dünya müharibəsinin iştirakçısı Bahadur Hüseynovun dekabrın 15-də 95 yaşı tamam olmuşdu. 

B. Hüseynov ilk hərbi əməliyyatına 1941-ci ildə Smolensk istiqamətində döyüşən 246-cı diviziyanın 908-ci alayının tərkibində kiçik leytenant rütbəsində başlayıb. Gənc zabit 1942-ci ildən 1948-ci ilə kimi tərcüməçi, zabit, böyük zabit vəzifələrində qulluq edib. 1948-1963-cü illərdə Sərhəd Qoşunlarının Azərbaycan dairəsinin 43-cü sərhəd dəstəsində əvvəlcə bölmə rəisi, kəşfiyyat bölmə rəisi vəzifələrində xidmət edib. 

1948-ci ildən 1960-cı ilədək polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. 1963-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinə (DTK) keçib. 

Bahadur Hüseynov bir müddət Azərbaycan DTK-sının sədr müavini işləyib.
 


MediaFax