Əcnəbi kürəkən və gəlinlərimiz...

2016-cı il ərzində Azərbaycan Respublikasının rayon (şəhər) qeydiyyat şöbələri və nikah evlərində ölkə vətəndaşları ilə əcnəbilər arasında 2042 nikah qeydə alınıb.
 
Bu haqda Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsindən sorğumuza cavab olaraq bildirilib.
 
Məlumata görə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə ailə quran azərbaycanlı kişilərin sayı 1004 olub. Əcnəbiyə ərə gedən azərbaycanlı xanımlar isə 1038 nəfərdir.

Rəsmi məlumata görə, azərbaycanlı qadınlarla nikaha daxil olan xarici ölkə vətəndaşları əsasən Rusiya , Gürcüstan, Türkiyə və Ukrayna vətəndaşlarıdır.

Məlumat üçün bildirək ki, azərbaycanlıların ailə qurduğu əcnəbilər arasında Türkiyə vətəndaşları üstünlük təşkil edir. Belə ki, 2015-ci ilin statistikasına görə, türkiyəli kişilərlə evlənən azərbaycanlı gəlinlərin sayı 1653 nəfər olub. Türkiyə qızlarının ərə getdiyi azərbaycanlı kişilərin sayı isə cəmi 85 nəfər təşkil edib.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycan vətəndaşları ilə əcnəbi şəxslər arsında 2680 nikah bağlanmışdı. 2014-cü ildə isə bu rəqəm 1816 olmuşdu.

Əcnəbilərlə ailə quran azərbaycanlıların sayı 2013-cü ildə 2 780, 2012-ci ildə 2688 təşkil edib./modern.az/

MediaFax