Əbülfəz Elçibəyin oğlu danışdı: “Atamın...”

"Atamın adının əbələşdirilməsinə çalışırıq. İnanırıq ki, səylərimiz nəticə verəcək”.
 
Bunu saytımıza açıqlamasında mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib.  
 
Onun sözlərinə görə, 2017-ci ildə bu işə daha çox diqqət ayrılacaq.
 
"Təəssüf ki, atamın adının əbədiləşdirilməsi ilə bağlı bu il ərzində konkret nəsə həll edilmədi. Həm də ilin sonuna sayılı günlər qalıb. Düşünürəm ki, müraciətə baxılmayacaq.
 
Yeni ildə atamın adının əbədiləşdirilməsi ilə bağlı daha çox səy göstərəcəyəm. Övladı olaraq, çox istərdim ki, atamın adına hansısa küçə, prospekt olsun”.
 
Ərturqut Əliyev, toyunun baş tutmamasından da danışıb.
 
"Yaxın vaxtlarda toy etməyi düşünmürəm. Toya hələ çox var. Bəzi problemlər var ki, onları yoluna qoymadan toy edə bilmərəm”./modern.az/
 
MediaFax