Müğənni Ebru Gündeş "O səs Türkiyə" kollektivindən ayrılıb.
O, bu barədə sosial şəbəkədə yazıb:
"3 ildir böyük bur həzz, həyəcan və xoşbəxtliklə oturduğum "O səs Türkiyə" münsif kürsümdə bu il olmayacağımı böyük kədərlə bildirmək istəyirəm. Həyatda hər kəs başına nə gəlirsə, gəlsin, sağlamlıq problemi olmadığı təqdirdə yaşamağa və işinə davam edər, buna məcburdur.
Mən də gücümün çatdığı qədər özüm, ailəm və komandam adına buna çalışıram. "O səs Türkiyə" isə böyük bir komandadır. Mənimlə, ya da mənsiz vardırlar və hər zaman da olacaqlar inşallah. Ona görə də düşdüyüm bu vəziyyətdən dolayı Acun İlıcalıdan bu il icazə istədim, o da hər zamankı kimi məni başa düşdü.
Acun və "Acun Medya" - TV 8 ailəsi başda olmaqla Hadise, Murad, Gpkhan və Hakan, hər birinizə minnətdaram. Yaxşı kimi sizləri tanıdım, yaxşı ki həyatımdasınız və sevilirsiniz"./axsam.az/
MediaFax