Döyüləndən sonra bir gün yaşadı...

Şəmkir rayonunda qətl törədilib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 25-də Şəmkir rayonunun Keçili kəndindən kənd sakini Qabil Qarayev boyun fəqərələrinin sınığı ilə xəstəxanaya gətirilib. Q.Qarayev ehtiyatsızlıq nəticəsində yıxıldığını bildirib. Ona tibbi yardım göstərildikdən sonra buraxılıb. Həmin şəxs sentyabrın 26-da evində ölüb.
 
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı Q.Qarayevin yaşadığı kənd ərazisində keçirilən toyda həmkəndlisi Seymur Əlövsətli tərəfindən döyülməsi müəyyən edilib və həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə S.Əlövsətli tutulub.

MediaFax