Dövlət İmtahan Mərkəzindən abituriyentlərə Müraciət

Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə müraciət edib.
 
DİM-dən verilən xəbərə görə, müraciətdə bildirilib ki, mərkəzin elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) şəxsi kabineti olmalıdır.
 
Şəxsi kabinet bir dəfə yaradılır və daimi istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin şəxsi kabinetində əksini tapacaq.
 
Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında veriləcəkdir) yararlanmaq olar.
 
Vəsait DİM tərəfindən göstərilən xidmətlərin ödənilməsi üçün istifadə edilir./APA/

MediaFax