Böyük britaniyalı alimlərin fikrincə, dəniz süngəri dünyanın ən dözümlü heyvanıdır.
Onlar bildiriblər ki, Yerdə dəfələrlə baş vermiş kataklizmlərdən salamat çıxan bu orqanizmlər sonrakı fəlakətlərə də tab gətirəcək.
Bu barədə məlumat "Current Biology” jurnalında dərc olunub.
Məlumatda deyilir ki, təbii növlərin kütləvi şəkildə məhv olması nəticəsində dağılmış ekoloji sistemlərin bərpası ilə məhz dəniz süngərləri məşğul olub. Süngərlər müxtəlif temperatur rejimlərində və oksigen konsentrasiyasının az qala sıfıra bərabər olduğu şəraitdə yaşaya bilər./AZƏRTAC/
MediaFax