Dünyanın dondurulan ilk insanı

Dünyanın ölümündən sonra dondurulan ilk insanı Ceyms Bedfortdun vəfatından 50 il ötür.
 
Onun cəsədi 50 ildir ki, buz içində - xüsusi soyuducuda dondurulub.

1967-ci ilin bu günündə böyrək xərçəngindən əziyyət çəkən 73 yaşlı Ceyms öz istəyi ilə xüsusi avadanlıqların köməyi ilə dondurulmuşdu. Bu hərəkətlə o, dünyada bir ilkə imza atmışdı, səbəbini isə donduqdan sonra nə zamansa həyata qayıtmaq istəyi ilə əlaqələndirmişdi.

Maraqlısı budur ki, dünya tibb elmi Ceyms Bedfordu bu gün də ölü hesab etmir. 1967-ci ildə dondurulduqdan sonra buz içində onun heç bir daxili orqanı sıradan çıxmayıb. 50 il öncə soyuducuya hansı fiziki imkanlarla salınmışdısa, indi də o cürdü.

Tibb alimləri bu gün də dünyada ilkə imza atmış Ceymisin nə vaxtsa "oyanacağına”, - yaşamını bərpa edəcəyinə inanırlar./moderator.az/

MediaFax