Dünya kinosu daha bir məşhurunu itirdi

Fransanın teatr və kino aktrisası Emmanuel Riva 89 yaşında vəfat edib.

Monde qəzeti xəbər verir ki, Parisdə dünyasını dəyişən məşhur aktrisa 4 il xərçəng xəstəliyi ilə mübarizə aparıb. Aktrisanın ailəsinin məlumatına görə, o yaşamaq və işləmək istədiyi üçün xəstəliyini gizli saxlayırdı.

Riva Mixail Hanekenin 2013-ci ildə çəkdiyi "Sevgi" filminə görə, "Ən yaxşı qadın rolu" nominasiyası üzrə "Oskar" mükafatına layiq görülən ən yaşlı aktrisa olub./aznews.az/

MediaFax