Dünən general oldu, bu gün tutuldu

Türkiyədə dünən general-mayor rütbəsi verilən zabit bu gün işdən çıxarılaraq həbs olunub.
 
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
 
Məlumata görə, ötən gün Türkiyə Ali Hərbi Şurasının qərarı ilə general-mayor rütbəsinə layiq görülən və prezident Ərdoğanın qərarı ilə nazirlikdə hərbi polis rəisinin müavini vəzifəsinə gətirilən Cemal Balıkçı bir gün sonra işdən çıxarılıb.
 
1 günlük general həyatı yaşayan C.Balıkçının işdən çıxarılmasına əsas səbəb onun 15 iyuldakı dövlət çevrilişinə cəhddə günahlandırılması olub.
 
Artıq general hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaq cəlb olunub./modern.az/

MediaFax