Azərbaycan Dövlət Gömrük Komitəsində ciddi kadr dəyişiklikləri aparılıb.
Komitə sədri, general Aydın Əliyevin əmri ilə işlərində verdiyi ciddi nöqsanlara görə bir sıra vəzifəli şəxslərin Gömrük orqanlarındakı fəaliyyətlərinə xitam verilib.
Belə ki, Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi, Əməliyyat idarəsinin rəis müavini Ceyhun Fərzəliyev, Əməliyyat-Axtarış şöbəsinin rəisi Malik Əliyev, eləcə də Biləsuvar və Astara Gömrük İdarələrinin rəisləri işdən çıxarılıb.
Biləsuvar Gömrük İdarəsinin rəisi İlqar Abdullayevi Elçin Quliyev əvəzləyib.
Astara Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynovun yerinə isə Mirmahmud Miratayev təyin edilib.
Qeyd edək ki, Gömrük orqanlarından uzaqlaşdırılan Biləsuvar Gömrük İdarəsinin rəisi İlqar Abdullayev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının rəisi, general İlham Abdullayevin qardaşıdır./bakipost.az/
MediaFax