Qusar rayonunda kişi meyiti tapılıb.
Meyitin rayonun Cibir kənd sakini, 45 yaşlı Mehdi Şeydayevə məxsus olduğu müəyyənləşib.
Onun meyiti bu gün səhər yaşadığı kənddə nohur kənarında tapılıb. Ailə üzvlərinin dediyinə görə, mərhum axşam saatlarında evdən çıxıb, amma geri qayıtmayıb.
Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları M.Şeydayevin şaxtadan donaraq ölməsi qənaətinə gəlib.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır./report.az/
MediaFax