Dolların bahalaşması davam edir - Daha bir rekord

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. 

Bu barədə Mediafax.Az-a AMB-dən bildirilib.

Məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,7146 manat məzənnəsi ilə başlayıb və 1,7196 AZN/USD məzənnəsi ilə yekunlaşıb. Noyabrın 25-ə olan yekun məzənnənin artması mümkündür.

MediaFax