Dollar yanvarın sonunadək bu qiymətə olacaq - MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 30-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,9165 səviyyəsində müəyyən olunub.
 
Qeyd edək ki, bu gün AMB-də Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1,9165 səviyyəsində formalaşıb.

MediaFax