Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən 2016-cı ilin dekabr ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 20,36 mln. ABŞ dollarının xalis satışı həyata keçirilib.
Noyabr ayı ilə müqayisədə xalis dollar satışı 2,4 dəfə azalıb.
2016-cı ildə kommersiya banklarının əhaliyə xalis dollar satışı 445,44 mln. dollar olub. Əvvəlki ilin dekabrında isə bankların əhaliyə xalis dollar satışı 1 208,238 mln. dollar olub. Bununla da əhaliyə xalis dollar satışı illik müqayisədə 60 faiz azalıb.
Analitiklər qeyd edir ki, bankların nağd xarici valyutanın xalis satıcısı olmasına səbəb Azərbaycan manatının son bir neçə ayda yenidən ABŞ dolları ilə müqayisədə zəifləməsi ilə bağlıdır.
Qeyd edək ki, 2014-cü ilin ikinci yarısında başlayan qlobal iqtisadi böhran Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının həmin ilin iyul ayındakı tarixi maksimal səviyyədən (15 193,4 mln. dollar) 2017-ci il yanvarın 1-nə 11 219 mln. dollar və ya 73,8% azalaraq 3 974,4 mln. dollara enməsinə səbəb olub./fins.az/
MediaFax