Dollar 1,76 manatı keçdi - Bugünkü hərrac

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.
 
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,7575 məzənnəsi ilə başlayıb və 1,7620 məzənnəsi ilə yekunlaşıb.
 
Qeyd edək ki, AMB bu günə USD/AZN rəsmi məzənnəsini 1,7575 səviyyəsində müəyyənləşdirib.

MediaFax