Dinozavrların məhvi ilə bağlı daha bir İddia

Planetimizdə mövcud olmuş dinozavrların nəslinin 66 milyon il əvvəl kəsilməsinin səbəbləri ilə bağlı daha bir iddia irəli sürülüb.

Journal Proceedings of the National Academy of Sciences-də nəşr olunan bir elmi araşdırmaya görə, dinozavrların nəsillərinin tükənməsinin daha bir əsas səbəbi də onların cütləşmə prosesinin ləng olması ilə əlaqəlidir. Bu canlıların çoxalma sürətlərinin zəif olduğunu söyləyən elmi tədqiqatçılar, həmin prosesin onların nəsillərinin tükənməsində böyük rol oynadığını vurğulayıb. Tədqiqatçı qrupunun söylədiklərinə görə, cütləşmə prosesinin uzun müddət davam etməsi dinozavrların köç etmə müddətlərinin uzanmasına səbəb olub. Bu hal isə yeni doğulan dinozavr balalarının inkişafına mane olub və onların məhvi ilə nəticələnib.
 
Arxeoloqlar tərəfindən Monqolustanda tapılmış, 71-75 milyon il əvvəl yaşadığı ehtimal olunann Protokeratops növünə aid olan dinozavr sümükləri üzərində aparılan araşdırmalara görə, dinozavr yumurtası 83 günə inkişaf edib. Bu isə yeni doğulan balaların uzun müddət ana südü ilə bəslənməsinə ehtiyacı olduğunu göstərir. Köç zamanı isə ana dinozavrlar öz balalarını yemləyə bilmədikləri üçün, onlar ac qalaraq məhv olublar.

Bu məqalə ilə dinozavrların məhvinin daha bir səbəbini aydınlaşdıran Qriqori M. Erikson onların məhvinə yalnız asteroidlərin deyil, həmçinin cütləşmə prosesinin zəifliyinin də səbəb olduğunu iddia edib.

Məlumat üçün bildirək ki, dinozavrların nəslinin kəsilməsiylə bağlı ən məşhur nəzəriyyə onların yaşayış məskəni olan indiki Meksika sərhədlərində yerləşən Yucatan bölgəsinə düşən meteoritlərin bu canlıların varlığına son qoymasıdır.

Elm adamları həmin gün planetimizə düşən səmavi cisimlərin bir çox fəlakətə yol açdığına və həmin cisimlərin dinozavrların yer üzündən silinməsinə səbəb olduğuna inanırlar.

Lakin bu nəzəriyyənin hələ də elmi cəhətdən sübut olunmayıb./bakipost.az/

MediaFax