Dilənçi qadın ev yardı - Foto

Dilənçi qadın mənzildən qızıl-zinət əşyalarını apardı.

Hadisə Mingəçevir şəhərinin  Energetiklər qəsəbəsində yerləşən həyət evində baş verib. Dilənmək məqsədi ilə  küçələri  gəzən  qadın  sahibsiz ev görüb  və içəri daxil olmaq qərarına gəlib. Qapının bağlı olduğunu görən Zarina Kərimova dərhal  açarların axtarışına başlayıb. Həyətdəki ayaqqabların içərisində açarları tapan qadın mənzilin qapısını açaraq içəri daxil olub. Bir müddət evə baxış keçirən Zarina qızılların yerini də aşkar edib. Belə ki adıçəkilən şəxs ev sahiblərinə məxsus olan ümumi dəyəri 4000 manatlıq qızıl-zinət əşyaların mənimsəyib və oranı tərk edib. Mənzilin sahibi geri döndükdə  soyulduğunun fərqinə varıb. Bu zaman zərərçəkən hüquq mühafizə orqanlarına məlumat verib. Əraziyə baxış keçirdən Mingəçevir Polisi quldurluq edən şəxsin izinə düşüb və çox keçmədən onu ələ keçirməyi bacarıb.
 
Qeyd edək ki, oğurluq edən qadın Yevlax rayon sakinidir. İlkin dindirmə zamanı o törətdiyi əməli etiraf edib./gununsesi.info/
 


MediaFax