Diktator azadlığa buraxıldı

Panamanın keçmiş lideri Manuel Noryeqa 3 ay müddətinə azadlığa buraxılıb.
 
Bu barədə Noryeqanın vəkili Ezra Ancela məlumat verib.

Vəkil bildirib ki, keçmiş lider fevralın 15-də beyin əməliyyatı olunacaq və aprelin 28-nə qədər ev dustaqlığında qalacaq.

82 yaşlı Noryeqa həbxanadan polis əməkdaşlarının müşayiəti ilə çıxıb və qızının evinə yerləşdirilib.

Qeyd edək ki, Manuel Noryeqa 1983-1989-cu illərdə Panamanı idarə edib. 1989-cu ildə ABŞ-ın hərbi müdaxiləsi nəticəsində devrilib. Noryeqa kütləvi qətllərdə günahlandırılır./axar.az/

MediaFax