Aktyor Fərda Xudaverdiyev "Top kimi şou”sundan danışıb.
Aktyor deyib ki, proqram yeni mövsümdə də efirə gedəcəm.
F.Xudaverdiyev verilişin formatının tamam dəyişdiriləcəyini söyləyib:
"Verilişin çəkiliş məkanı da dəyişdiriləcək. "Top kimi şou”da bu dəfə müğənnilərdən çox adi insanları qonaq edəcəyik. İstedadı olub, onu üzə çıxara bilməyənlərə dəstək olacağıq.
Mənim verilişimi daha çox "Bayaz şou” ilə müqayisə edirlər. Fikir azadlığı var, kim nəylə istəsə müzakirə etsin. Yaradıcılıqda oğurluq normal haldır. Nəyi istəyirsən başqasından götürə bilərsən.Yox əgər kimdənsə götürüb, onu pis təqdim edəcəksənsə, etmə. Bu tamaşaçıda nifrət oyadacaq.
Cem Yılmazda "Stand up” izlədim və Azərbaycanda elədim. Eyni zamanda da "Bəyaz Şou”nu izlədim, "Top kimi şou”nu etdim”.
F.Xudaverdiyev "Xoxan” filminin ikinci hissəsi olan "Naxox”dan da danışıb:
"Böyük maraq doğuran filmin ikinci hissəsini çəkmək böyük məsuliyyət tələb edir. Gərək elə edəsən ki, daha maraqlı alınsın. Qorxulu komediya çəkdik. Qala gecəsi dekabrda olacaq.
Əslində filmi tez çəkməli idik. Devalvasiya işimizə mane oldu, 2 ay ara verdik”./axşam.az/