Dərs vəsaitləri BAHALAŞDI

Vətəndaş dərs vəsaitinin fərqli, daha doğrusu baha qiymətə satılmasından şikayətlənir.

Məsələ burasındadır ki, orta məktəb şagirdləri üçün nəzərdə tutulan əlavə vəsaitlər, testlər və ya iş dəftərləri hər il fərqli qiymətə satılır. Vəsaitin içində çox cüzi fərq edilir və ya üz qabığının rəngi yüngülvari dəyişdirilir və yeni versiya kimi təqdim edilərək qiyməti qaldırılır.

Fins.az Xəzər TV-yə istinadən xəbər verir ki, əlavə vəsaitlərin ilbəil cüzi dəyişikliklə baha satılması məsələyə nəzarət mövzusunu gündəmə gətirir.

Əslində biz yox, aidiyyatı qurumlar məsələyə müraciət etməlidir.

Təhsil Nazirliyinin Tədris Resursları şöbəsindən bildirirlər ki, dərslik komplektindən kənar vəsaitlərin çapı nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən həyata keçirilir. Onlar bu vəsaitlərin qiymətini müəyyən etməkdə sərbəstdirlər. Nə qədər təəccüb doğursa da, şobədən bildirirlər ki, dərslik komplektindən kənar vəsaitlərin alınması vacib deyil. Halbuki, həmin vəsaitlər məhz müəllimlərin tapşırığı ilə alınır.


MediaFax