Dərman reklam oluna bilməz - Açıqlama

Apteklərdə güclü təsirə malik dərmanların satışına icazə veriləcək. 

Bununla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi, Respublika Narkoloji Mərkəzinin və İnnovasiyavə Təchizat Mərkəzinin rəhbərliyinin narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin topdan və pərakəndə satışı fəaliyyətinə xüsusi icazə almaq istəyən, çoxsaylı aptek şəbəkəsinə malik iri topdansatış əczaçılıq şirkətlərinin rəhbərlərinin iştirakı ilə keçirilən toplantıda qərar verilib. 

Tibbi ekspert, professor Aqil Qeybulla isə saytımıza açıqlamasında bildirib ki, güclü təsir edən maddələrin topdan və pərakəndə satışı həkim təyinatı üzrə aparılmalıdr: 

"Bütün dərman preparatlarının satışına buraxılmalıdır. Belə olan halda heç bir problem yoxdur. Həkim təyinatı üzrə aparılan dərmanlar ziyan verməz.”

Aqil Qeybulla qeyd edib ki, ən böyük problem dərman preparatlarının həkim təyinatı olmadan satışa çıxarılmasıdır: 

"Hələ bundan başqa dərmanlar reklam da olunur. Dərman reklam oluna bilməz. Nə qədər ki, bu məsələ öz həllini tapmayıb, problem də həll olunmayacaq.”/aznews.az/

MediaFax