Dərman içib özünü öldürmək istədi

Gəncədə 30 yaşlı qadın intihara cəhd edib.

Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü T.M. özünü öldürmək məqsədilə müxtəlif dərman preparatları içib.

Yaxınları tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılan T.M-ya dərhal tibbi yardım göstərilib. O, reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır olaraq qalır.

Qadının hansı səbəbdən intihara cəhd etməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır./report.az/

MediaFax